Livanda Hizbullah məğlub olub

Livanda qərbyönümlü koalisiya parlament seçkilərində İran və Suriyanın müdafiə etdiyi Hizbullahı məğlub edib.

Seçkinin bu gün elan olunan yekun nəticəsinə görə 128 yerlik parlamentdə koalisiya 71 yer qazanıb. Hizbullah isə 57 yer ala bilib.
Alyansa keçmiş naş nazir Rafik Harririnin oğlu Saad Hariri rəhbərlik edir.

Avropa Birliyinin müşahidəçiləri seçkinin sakit və inkişaf etdirilmiş qanunlar əsasında keçirildiyini bildirib.

Bir neçə il əvvəl Rafik Hariri Beyrutda avtomobilə qoyulan bombanın partlaması ilə ölmüşdü. O zaman bu terrora görə qonşu Suriya ittham edilirdi.