Britaniyada hakim partiya seçkini uduzub

Britaniyada hakim əmək partiyasının Avropa Parlamentinə seçkiləri uduzması baş nazir Qordon Braunun istefası barədə tələbləri yenidən gündəmə gətirib.
Seçkidə hakim partiya təxminən 15% səs toplayaraq üçüncü olub.

Seçkilər həm də onu göstərib ki, ifrat sağçı, açıq islam əleyharı irqçi partiya da iki yerə sahib olub. Bu partiya indiyə qədər ölkə miqyaslı seçkilərin heç birində yer qazana bilməmişdi.

Bu yaxınlarda Braunun qurduğu hökumətdən altı nazir korrupsiya qalmaqalına görə istefa vermişdi.