Kömür mədənində partlayışda 2 adam ölüb, 12 nəfər isə hələ atxarılır

Ukraynada iyunun 8-də səhər tezdən kömür mədənində baş verən partlayışda azı iki nəfər həlak olub, 12 nəfər isə hələlik axtarılır. Rəsmilər azı 40 qazmaçının salamat çıxa bildiklərini deyirlər.

Hadisə Donetsk rayonunda 1 000-dən çox dərinlikdə qazın və kömürün alışması nəticəsində baş verib.

Vaxtı keçmiş avadanlıqlar və təhlükəsizlik qaydalarına əməl olunmaması Ukraynanın kömür mədənlərini dünyanın ən təhlükəli mədənlərinə çevirib.