ABŞ əsgərlərini öldürməkdə ittiham eilən iraqlı azad olunub

Bir neçə amerika əsgərini öldürməkdə ittiham olunan şiə yaraqlı lideri azad olunub. Britaniya və İraq rəsmiləri bildiriblər ki, Leys əl-Xazalini bazar günü ABŞ Ordusu azadlığa buraxıb. Məqsəd isə, İraq hökuməti və müxalifətdəki qruplar arasında birliyə nail olmaq üçün aparılan danışıqlara yardım eləmək olub.

Leys və qardaşı Qeysi 2007-ci ildə Kərbala yaxınlığında Amerika əsgərlərinə hücumda günahlandırırdılar. Hücum vaxtı 5 Amerikalı həlak olmuşdu.