İki azərbaycanlı tibb bacısı «Qırmızı Xaç»ın medalını alıb

Beynəlxalq Florens Naytingeyl Medalı – müstəsna cəsarət nümayiş etdirmiş və münaqişə yaxud fəlakət qurbanlarına nümunəvi xidmət göstərmiş tibb bacısı üçün ən yüksək beynəlxalq fərqləndirmə mükafatıdır. Bu il dünyanın 15 ölkəsindən 28 nəfərə və onların arasında iki Azərbaycanlı tibb bacısına təqdim olunacaq.

Beynəlxalq Qızıl Xaç Komitəsi təltifetmə mərasimini iyunun 12-də keçirəcək.