Belorusda həbsdə olan amerikalı aclığa başlayıb

Belorusda sənaye casusluğu ittihamıyla həbsdə olan amerikalı hüquqşünas aclığa başlayıb. Emmenuel Zeltser işinə yenidən baxılmasını istəyir. Amerikalının vəkili Dmitri Qoryaçko Röyters agentliynə deyib ki, müştərisi tələbinə nail omağa başqa yol görmədiyi üçün aclığa əl atıb.

Zeltseri ötən il həbs eləmişdilər. Bu həbsdən sonra ABŞ-la Belorus arasında başlnan diplomatik gərginlik nəticəsində Amerikanın Minskdəki səfiri də ölkəni tərk eləməyə məcbur olmuşdu.