Çinin ixracı 26 faiz azalıb

Çinin illik ixracının azalması may ayında 26 faizə çatıb.
ABŞ və Yaponiyadan sonra dünyanın 3-cü ən böyük iqtisadiyyatı olan Çinə ən böyük zərbəni indiki qlobal iqtisadi böhran vurub.
Çin mallarının əsas ixrac bazarları olan Şimali Amerika və Avropa hazırda mal almağa pul xərcləməyə meyilli deyillər.