«Dəmir ledi»nin qolu sınıb

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer yıxılıb, qolu sınıb. 83 yaşlı «dəmir ledi»nin sözçüsü deyib ki, indi o, özünü yaxşı hiss edir. Bu gün onu xəstəxanadan çıxaracaqlar.

Tetçer xeyli vaxtdır ki, xəstədir, amma gərgin qrafikindən əl çəkmir. Keçən həftənin axırı o, Vatikanda Roma Papasıyla görüşüb, bu həftənin əvvəli Karlton Klubuna gedib, özünün Britaniyada birinci qadın baş nazir seçilməsinin 30 illiyini qeyd edib.

Marqaret Tetçer 1979-1990-cı illərdə İngiltərənin birinci və hələlik sonuncu qadın baş naziri olub. «Dəmir ledi» kimi tanınan bu xanım Qərbdə ABŞ prezidenti Ronald Reyqanla birgə «soyuq müharibə»nin qalibi hesab olunur.