İraqda sünni siyasətçi öldürülüb

Bağdadda böyük sünni qrupunun lideri Herit əl Ubaydi öldürülüb.

Onun rəhbərlik etdiyi Həmrəylik Blokunun məlumatına görə liderləri ibadətdən sonra məsçiddən çıxarkən öldürülüb.

Herit əl Ubaydi bu blokun parlamentdəki fraksiyasının rəhbəri və insan haqları üzrə komitənin üzvüydü.