BMT-nin Abxaziyadakı missiyasının taleyi bəlli deyil

BMT-nin Abxaziyadakı missiyasının rəhbəri deyir ki, əgər missiyanın mandatı uzadılmasa bu regionda sabitliyə təhlükə olacaq.

Johan Verbeke Röyter agentliyinə deyib ki, əgər mandat uzadılmasa Abxaziyadakı gürcü sakinləri müdafiəsiz qalacaq.

BMT-nin Abxaziyadakı missiyasının mandatı iyunun 15-də sona yetir.

Əsəs mübahisə mandatın uzadılmasıyla bağlı sənədin mətni üstündədir.

Rusiya Abxaziyanın müstəqil dövlət kimi göstərilməsini istəyir.

Gürcüstan isə deyir ki, sənəddə onun bu region üzərində suverenliyi təstiqlənməlidir.