Xəstə morqda ayılıb

Polşada öldüyü bildirlən qadın morqda ayılıb.

Rəsmilər bildirirlər ki, həkimlər səhvən 84 yaşlı qadının öldüyünü elan ediblər. Huşunu itirmiş qadını xəstəxananın cəsədlər saxlanan şöbəsinə - morquna aparıblar. Bir qədər keçmiş onun bədəninin tərpəndiyini görüblər.

Yenidən müalicəyə qaytarılan qadının vəziyyəti hələ ağırdır.