Çeçenistanda Rusiya polisi əməkdaşları öldürülüb

Rusiyanın Daxili İşlər Nazirliyi Çeçenistanda silahlılarla atışmada iki polis zabitinin öldürüldüyünü bildirir. Atışmada daha dörd zabit də yaralanıb.

Bundan başqa, iki polis əməkdaşı da minaya düşərək yaralanıb.

Atışma qonşu İnquşetiyada da davam edib.

Ötən həftə burada bir hakim və keçmiş nazir qətlə yetirilmişdi.

Polis Nazran şəhərində yerli hakimiyyətin intibati binasının yandırılazraq sıradan şıxarıldığını və başqa bir rayonda da yerli inzibati binasına da yandırıcı maddə qoyulduğunbu bildirib.