Muxalifət Tehranda icazəsiz aksiyaya başlayıb

Daxili İşlər Nazirliyinin qadağasına baxmayaraq prezidentliyə namizəd Mirhüseyn Musəvinin tərəfdarları Tehranda etiraz aksiyasına başlayıblar.

Məlumata görə, Musəvinin 10 minlərlə tərəfdarı Tehrandakı inqilab meydanına yürüş eləyir, burda Mir Hüseyn Musəvinin onlara qoşulması gözlənilir. İslahatçıların digər namizədi Kərrubinin tərəfdarları da Musəvinin tərəfdarlarına qoşulub.

Röyters xəbər verir ki, müxalifət tərəfdarlarıyla 12 iyun seçkilərinin qalibi elan olunan Əhmədinejatın tərəfdarları arasında toqquşmalar olub.