Britaniya İraqa müdaxilənin əsaslı olub-olmamasını araşdırır

Britaniya Iraqa müdaxilənin əsaslı olub-olmamasını araşdıraracaq. Britaniyanın baş naziri Qordon Braun bildirib ki, bu araşdırma 1 il davam edə bilər. Məqsəd Britaniya qoşunlarının 2003-cü ildə İraqa müdaxiləsi haqda qərarların əsaslı olub-olmadığının araşdırılmasıdır. Britaniya qoşunları 2003-cü ildə Toni Bleer hökumətinin qərarıyla beynəlxalq terrorizmlə mübarizə və təhlükəsizliyin təmin edilməsi məqsədiylə İraqın işğalında iştirak eləmişdi.