Dünya Səhiyyə Təşkilatı (DST) 178 ölkədə avtomobil qəzaları sahəsində vəziyyəti öyrənib. Təşkilatın iyunun 17-də yaydığı hesabat yol qəzalarında itkilərin olduqca dramatik səhnəsini canlandırır.
Hesabatın ortaya çıxardığı əsas faktlar:
Dünya Səhiyyə Təşkilatı Azərbaycanda da avtomobil qəzalarının sayını öyrənib. Amma təşkilat 2007-ci ilin məlumatları əsasında vəziyyəti təhlil edir.
Baş Dövlət Yol Polisi İdarəsində mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov artıq 2008-ci il üçün də nəticələrin olducunu bildirir. Onun verdiyi məlumata görə, ötən il Azərbaycanın yollarında baş verən hadisələrin mənzərəsi bu cürdür:
Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında Azərbaycanın qonşularında və Almaniyada avtomobil qəzalarının vəziyyəti belədir:
Hesabatın ortaya çıxardığı əsas faktlar:
- Avtomobil qəzalarından hər bir saatda 144 adam ölür. Bu da dünyada hər il 1 270 000 adamın avtomobil qəzasında ölməsi deməkdir.
- Yol qəzalarında ölən hər iki nəfərdən biri piyadalar, motosiklet və velosiped sürücüləridir.
- Dünyada ildə 20 milyondan 50 milyona qədər adam yol qəzasında xəsarət alır.
- Dünyada 5 yaşdan 44 yaşa qədər insanlar arasında ölümün əsas səbəblərindən biri avtomobil qəzasıdır.
- Avtomobil qəzalarının 90%-i kasıb, ya da az gəlirli ölkələrdə baş verir.
- Ölkələrin yalnız 57%-də avtomobildə olanların hamısının təhlükəsizlik kəməri taxması qanunla məcburidir.
- Dünya ölkələrinin yalnız yarısında avtomobildə xüsusi uşaq oturacaqlarından istifadə məcburidir.
Dünya Səhiyyə Təşkilatı Azərbaycanda da avtomobil qəzalarının sayını öyrənib. Amma təşkilat 2007-ci ilin məlumatları əsasında vəziyyəti təhlil edir.
- İl ərzində Azərbaycanda 2970 avtomobil qəzası baş verib. Bu qəzalarda 1052 adam həlak olub, 3232 adam xəsarət alıb. (Beləliklə, Azərbaycanda hər günə üç nəfər yaxın adam avtomobil qəzasında həyatını itir).
- Yol qəzalarının 92%-i sürücülərin günahından baş verir.
- Azərbaycanda avtomobil qəzalarının 40%-i sürət həddini aşmağa görə, 25%-i ötmə, yol ayrıcının keçilməsi qaydalarının pozulması kimi səbəblərdən baş verir.
- Son hesablamalara görə, Azərbaycanda 950 000 avtomobil var.
Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında Azərbaycanın qonşularında və Almaniyada avtomobil qəzalarının vəziyyəti belədir: