Angela Merkel Ağ Evdə Obama ilə görüşəcək

Ağ Evdən verilən məlumata görə Almaniya kansleri Angela Merkel iyunun 26-da Vaşinqtonda prezident Barak Obama ilə görüşəcək. Rəsmi məlumatda onların beynəlxalq və ikitərəfli məsələləri müzakirə edəcəkləri bildirilir.

Angeal Merkel Obamanın ABŞ-ı böhrandan çıxarmaq üçün atdığı addımları bəyənmir. Almaniya Əfqanıstana da əlavə qüvvələr göndərməyə o qədər də həvəsli deyil.