ABŞ İran hökumətini nümayişçilərə qarşı zor işlətməkdə pisləyib

ABŞ Konqresi İranın hakim dairələrini nümayişçilərə qarşı zor işlətmək, internet və mobil telefon əlaqələrinə müdaxilə etməkdə ittiham edib.

Həmçinin Avropa Birliyi İranın hakim dairələrini dinc nümayişlərə müdaxilə etməməyə və güc tətbiq etməkdən çəkinməyə çağırıb.