Rəfsəncaninin ailə üzvləri həbs olunub

Sabiq prezident Rəfsəncanının qızı Musavi tərəfdarlarının mitinqində

İrandan son xəbərlər

İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin böyük qızı Fazeh Həşimi və ailənin digər 4 üzvü həbs olunub.

Hələlik qalan 4 nəfərin kimliyi bilinmir.

Məlumatı İranın Press TV kanalı yayıb.

Bir başqa məlumata görə, BBC-nin müxbiri Con Leynedən 24 saat ərzində İranı tərk etmək tələb olunub.

Məlumatı BBC-də təstiqləyib.

İranın hakim dairələri jurnalisti ölkədə keçirilən etiraz aksiyalarını işıqlandırarkən hadisələri təhrif etməkdə, hərc-mərclik salanları dəstəkləməkdə ittiham edir.