Gürcü müxalifətinin lideri: Avropada bizə çoxlu pul söz veriblər

Qaçeçiladze tərəfdarları qarşısında çıxış edir

“Avropada Gürcüstanın xeyrini istəyənlər burda mübarizəmizi davam etdirmək üçün bizə çoxlu pul söz veriblər. Pul bizə lazımdır və buna görə də həmin pulları qəbul edəcəyik”. Bunu Avropa səfərindən qayıdan “Birləşmiş müxalifət”in lideri Levan Qaçeçiladze Gürcüstan parlamentinin qarşısındakı müddtəsiz mitinq zamanı bildirib. Amma

QAÇEÇİLADZE ONA PUL BOYUN OLANLARIN ADINI AÇIQLAMAYIB,

Deyib ki, bunu vaxtı gələndə edəcək. Məlumatı Azadlıq Radiosunun rus xidməti yayıb.

Bu bəyanat sensasyon sayıla bilər, amma hələ ki Gürcüstan hakimiyyəti ona münasibət bildirməyib. Bir şey məlumdur ki, Gürcüstan qanunları siyasi partiyaların xaricdən maliyyələşməsinə icazə vermir? Özü də bu elə bir siyasi qüvvədir ki, açıq-aşkar məqsədinin prezident Saakaşvilini devirmək olduğunu bildirir.

Tbilisidə müxalifət fəalları ilə polis arasında toqquşma. 15 iyun 2009

Bundan qabaq Gürcüstan iqtidarı bildirirdi ki, müxalifəti maliyyələşdirən Rusiyadır və Moskva bu yolla Qərbə inteqrasiya yolunu tutan cənub qonşusunu cəzalandırmaq istəyir.

SAAKAŞVİLİ MÜXALİFƏTİ PARLAMENTƏ DƏVƏT EDİR

Bundan qabaq isə Rustavi-2 telekanalının canlı efirində çıxış edən prezident Saakaşvili radikal müxalifətin liderlərini parlamentə qayıtmağa dəvət edib, onları iqtidarla bütün narazılıqları qanunverici orqanın divarları arasında dialoq yoluyla aradan qaldırmağa çağırıb. Amma müxalifətçilər bu təklifi rədd ediblər. Onlar silahdaşlarının həbsinin davam etməsinə də etirazlarını bildiriblər.

2008-ci ildəki parlament seçkilərindən sonra müxalifətçilər nəticələrin saxtalaşdırıldığını bildirərək qazandıqları mandatlardan imtina etmişdilər. Amma Saakaşvili hesab edir ki, mandatlar bərpa oluna bilər. O müxalifətə təklif edib ki, parlamentə qayıdaraq deputat səlahiyyətlərinin dayandırılması haqda çıxarmış olduqları qərarı qüvvədən salan yeni qanun qəbul etsinlər”.

MÜXALİFƏT PREZİDENTİN TƏKLİFİNİ ANLAŞILMAZ SAYIR

Müxalifət liderləri prezidentin təklifindən dərhal imtina ediblər. Onlar deyiblər ki, kreslo davası etmirlər, ölkənin demokratikləşməsinə çalışırlar. Bu isə Saakaşvilinin istefası və növbədənkənar prezident, eləcə də parlament seçkiləri keçirilmədən mümkün deyil.

Saakaşvili müxalifət liderləri ilə görüşür. Görüş nəticəsiz bitmişdi. 11 may 2009

“Yeni sağçılar” Partiyasının sədri David Qamkrelidze isə ümumiyyətlə prezidentin təklifini anlaşılmaz adlandırıb. O majoritar qaydada deputat seçilsə də, sonradan mandatdan imtina edib. Bundan sonra onun yerinə qanuni şəkildə başqa bir şəxs millət vəkili seçilib.

Bu arada daha çox müxalifətçinin həbsi barədə xəbərlər gəlir. Onların bəzilərinə 25 sutkalıq inzibatı cəza verilir, amma başqa kateqoriya da var. Bölgələrdə bəzi müxalifət fəallarını narkotik maddə saxlamaq, yaxud qanunsuz silah gəzdirmək ittihamı ilə tuturlar.

Mühafizəkarlar Partiyasının sədri Kaxa Kukava Azadlıq Radiosunun rus xidmətinə deyib ki, son günlər, xüsusən də ölkədəki xarici səfirlərin müxalifətin aksiyalarında polisin tətbiq etdiyi zorakı metodlara etirazlarını bildirməsindən sonra həbslər daha da artıb.

Müxalifət aprelin 9-da etibarən aramsız etiraz aksiyaları keçirməkdədir.