Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu İstanbulda Yaponiyaya səfərdən qayıdan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Nazirlər jurnalistlərə açıqlamada bildiriblər ki, əvvəlcədən planlaşdırılmayan bu görüşdə tərəflər dünyadakı aktual məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Ermənistan xarici işlər nazirinin münasibətlərin normallaşması üçün Türkiyədən yeni addımlar gözlədikləri barədə bəyanatına münasibət bildirən Əhməd Davudoğlu deyib ki, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması təktərəfli addımlarla mümkün deyildir. Bu addımlar qarşılıqlı olmalıdır. Onun sözlərinə görə Türkiyə keçmişdə xoş niyyətli addımlar atmışdır və bunların qarşılığı olmalıdır.
«Elmar Məmmədyarovla bu məsələləri müzakirə etdik. Biz hər zaman olduğu kimi, bir millət, iki dövlət anlayışı ilə bölgədəki bütün prosesləri gözdən keçirdik. Son zamanlardakı Azərbaycan ilə Ermənistan arasındakı danışıqları, ələlxüsus uğurla inkişaf edən ikitərəfli əlaqələrimizi müzakirə etdik»
Elmar Məmmədyarov isə bildirib ki, Ermənistanla sülh danışıqları davam etdiriləcəkdir və bu müzakirələrin yekunu olaraq, Ermənistan qoşunlarının işğal edilmiş torpaqlardan çıxması istənilir.