Prezidentə sui-qəsd olub

Prezident Yunusbəy Yevkurovun vəziyyəti ağırdır, o, reanimasiyaya yerləşdirilib

İnquşetiya prezidenti Yunusbəy Yevkurova qarşı sui-qəsd olub. Dövlət başçısının maşın kortejinin getdiyi yolda mina partladılıb.

Nəticədə prezident və mühafizəçisi yaralanıb. Y.Yevkurovun qardaşı isə hadisədən az sonra sonra ölüb.

Hadisə yerli vaxtla saat 8:40-da baş verib. Məlumatı Rusiyanın Daxili İşlər Nazirliyi yayıb.

Rusiya saytları xəbər verir ki, prezidentin maşın kortejinin yolunda partlayan minanı terrorçu-kamikadze hərəkətə gətirib.

Prezident Yunusbəy Yevkurovun vəziyyəti ağırdır, o, reanimasiyaya yerləşdirilib.