İranın Ali qanunverici orqanı olan Mühafizlər Şurası müxalifətin mübahisəli 12 iyun prezident seçkisinin nəticələrinin ləğv etmək tələbini rədd edib.
İyunun 23-də dövlət terleviziyası Şuranın sözçüsü Abbas Əli Kətxudayiyə istinadla xəbər verir ki, bu təşkilat seçkidə hər hansı qanun pozuntusu və ya saxtalaşdırma aşkar etməyib.
İranda Mirhüseyn Musəvinin tərəfdarları olan islahatçılar prezident seçkisinin saxtalaşdırıldığını bildirirlər.
Onların keçirdikləri etiraz aksiyalarında rəsmi məlumata görə 17 nəfər həlak olub.
Rəsmi nəticəyə görə isə seçkidə Mahmud Əhmədinejat qalib gələrək yenidən prezident seçilib.