Rusiya Əhmədinejatı müdafiə etdi

Rusiya İranda prezident seçkilərinin elan olunan rəsmi nəticəsini müdafiə edir.

Dünən Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, iyunun 12-də keçirilmiş prezident seçkisi üstündə mübahisələr bu ölkənin Konstitusiyası əsasında həll edilməlidir.

Rusiyanın XİN-I həmçinin indiki mübahisəni İranın daxili işi adlandırır.