Türkmən tələbələrdən “yaxşı uşaq” olacaqlarına dair iltizam alınır

Türkmənistanda universitet tələbələrindən tələb edirlər ki, yay tətilində “yaxşı uşaq” olacaqlarına söz versinlər. Həm də bu söz yazılı şəkildə verilməlidir.

Tələbələr yazılı şəkildə bildirməlidirlər ki, tətil müddətində maşın sürməyəcək, qumar oynamayacaq, xarici ölkələrə getməyəcək və Türkmənistanın daxilində xarici təşkilatlar işləməyəcəklər.

Türkmənistanın Təhsil Nazirliyi tələbələrdən bu cür “təminat məktubu” alınmasına dair xəbərləri şərh etməyiblər.