Vitse-prezident Co Bayden gələn ay Gürcüstana və Ukrayanaya gedir

İyulun 20-24-də ABŞ-ın vitse-prezidenti Co Baydenin Gürcüstana və Ukraynaya səfəri planlaşdırılır. Onun bu ölkələrdə iqtisadiyyata və demokratik islahatlara yardım məslələrini müzakirə edəcəyi bildirlir.

Baydenin ofisindən yayılan məlumatda qeyd edilir ki, vitse-prezident bu ölkələrdə davam edən siyasi və iqtisadi islahatlara Vaşinqtonun dəstəyini nümayiş etdirəcək.

Bu səfər prezident Obamanın Rusiya liderləri ilə danışıqlar üçün Moskvaya səfərindən dərhal sonra baş verəcək.