Pakistanda hava zərbələrindən 50 nəfər ölüb

Pakistanda politsuz Amerika təyyarələrinin raket zərbələrindən 50 nəfər həlak olub. Pakistan rəsmilərinin verdiyi məlumta görə onların 40-dan çoxunun yaraqlı olduğu hesab edilir. Hadisə Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan əyalətində baş verib.

Raket zərbələri yas mərasiminin aparıldığı yerə endirilib. Yaraqlılar daha əvvəl aparılmış əməliyyatda ölən 4 nəfəri dəfn edirlərmiş. Cənubi Vəziristanda Beitulla Məhsudun başçılıq etdiyi Taliban qüvvələri yerləşib. Verilən məlumata görə pilotsuz təyyarələrdən zərbə yaraqlıların yeni hücuma hazırlıq təlimləri zamanı aparılıb.