Erməninlər yenə də Ağdamda yanğın törədib

Ermənistanın silahlı qüvvələri Ağdamın işğal altında olan ərazilərində yenidən yanğınlar törədiblər.

ANS-in məlumatına görə ermənilər bu dəfə Baş Qərvənd kəndinin otlaq sahələrinə od vurublar.

Yanğın Ağdamın ətraf yaşayış məntəqələrindən də müşahidə olunub. Alov təmas xəttindəki neytral ərazini də bürüyüb.