ABŞ İraqdan qoşunu çıxarma planını dəyişməyəcək

ABŞ hökuməti deyir ki, Amerika qoşunalrının iyunun sonunadək İraq şəhərlərindəm çıxarılması planlaşırldığı kimi davam edəcək. Verilən məlumata görə 70 nəfərin ölümü və 100-dən çox insanın yaralandığı son bomba partlayışına baxmayaraq bu proses dayandırılmayacaq.

Iyunun 24-ü baş verən partlayış bu il İraqda baş verən ən qanlı partlayış idi. Hadisə ABŞ qüvvələri Sədr şəhəri ərazisində rəsmi olaraq nəzarəti İraq qüvvələrinə ötürdükdən bir gün sonra olub.

Amerika və İraq ekspertləri ABŞ-ın qoşunu İraqdan çıxarma planının ekstremist fəaliyyəti artıra biləcəyi haqqında xəbərdarlıq etmişdilər