Sarkozi İsraili məskunlaşmanı dayandırmağa çağırıb

Fransa prezidenti Nikola Sarkozi İsraili gecikmədən İordan çayının qərb sahilinsə məskunlaşmanı dayandırmağa çağırıb. Belə bir çağırışla ABŞ prezidenti Barak Obama da çıxış eləmişdi.

Sarkozi bu haqda Parisdə səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.

İsrail rəhbəri isə öz növbəsində deyib ki, o bu məskunlaşmanı dəstəkləyir və bunun səbəbi İsrail əhalisinin artmasıdır.