Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Prezident İlham Əliyev İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılması haqda fərman imzalayıb. Qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə dövlət xidmətlərinin bazasında yaradılır.

Dövlət xidməti işçilərinin say həddi 172 ştat vahidi müəyyən edilib.