İyunun 26-da bir qrup Qarabağ əlili Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Bu barədə «Azadlıq» radiosuna Qarabağ əlillərindən Hüseynağa Quliyev məlumat verib.
Hüseynağa Quliyev deyir ki, onlar Prezident Aparatının qarşısına yürüş də etmək niyyətində olublar. Sadəcə iş günü olmadığından, gələn həftənin birinci gününə qədər bu aksiyanı təxirə salıblar.
Qarabağ əlilləri metronun «28 may» stansiyasının keçidinin onlara qaytarılmasını tələb ediblər. Onların sözlərinə görə, həmin yeraltı keçid 1997-ci ildə prezident Heydər Əliyevin göstərişi ilə onlara verilib. Qarabağ əlilləri keçiddə ticarət obyektləri açaraq dolanışıqlarını təmin ediblər.
2001-ci ildə isə keçid təmir adı ilə Qarabağ əlillərinin əlindən alınıb. Əlillərin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov söz verib ki, təmir başa çatan kimi keçid onlara qaytarılacaq. Sonradan isə yeraltı keçid Nəqliyyat Nazirliyinin balansına verilib.
Hüseynağa Quliyevin deməsinə görə, dəfələrlə şikayət etsələr də Nəqliyyat Nazirliyi yeraltı keçidi onların istifadəsinə vermək niyyətində deyil:
«Biz ən sərt aksiya üsullarına əl atacağıq. Mən Xocalıda ermənilərə əsir düşmüşəm. İndi hələ də müalicə olunuram. Bəs mən necə dolanmalıyam?»
İş günü olmadığından Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məsələyə münasibət bildirən olmadı.