Ruslan Auşev İnquşetiyanın müvəqqəti prezidenti ola bilər

Rusiyanın İnquşetiya respublikasında müxalifət inquş xalqının fövqəladə toplantısını çağıraraq Ruslan Auşevin ölkəyə müvəqqəti rəhbərliyi təqsidlənməlidir.
İyunun 22-də İnquşetiyanın prezidenti Yunusbek Yevkurov ona yönələn terrorda ağır yaralanaraq Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

Ruslan Auşev 1993-2001-ci illərdə İnquşetiyanın prezidenti olub. O, bildirib ki, Yevkurov sağalıb işinə qayıdana qədər ölkəni idarə etməyə hazırdır.

İyunun 23-də Çeçenistanın prezidenti Kadırov İnquşetiyanın paytaxtına gedib, O, Maqasda Auşevi kəskin tənqid edib. İnquşetiya müxalifəti isə bildirir ki, Kadırovun onların daxili işlərinə qarışması Qafqazda yeni müharibəyə səbəb ola bilər.