Diplomatlar əlaqələri bərpa etmək üçün toplaşır

Rusiya və NATO alyansının diplomatları iyunun 27-də Yunanınsatanın adalarından birində görüşərək aylardır aralarında davam edən soyuq münasibətlərə son vermək istəyirlər.

Keçən ilin avqustunda Gürcüstanla müharibəyə görə Qərb alyansının kəskin tənqidi ilə üzləşən Moskva NATO ilə əlaqələri kəsmişdi.