Türkiyə Yunan Pravoslav Seminariyasını açmaq istəyir

Türkiyə 38 il bundan əvvəl bağladığı Yunan Pravoslav seminariyasını açmaq istəyir.

Türkiyənin mədəniyyəd naziri Ertoğrul Günay deyib ki, hələlik hökumət bu barədə yekun qərar verməsə də məktəbin tezliklə açılacağına ümidlə yanaşır.

Seminariya İstanbulun yaxınlığında-Mərmərə dənizindəki Halki adasındadır.

Avropa Birliyi ilə Birləşmiş Ştatlar uzun illərdi ki, məktəbin açılmasına çalışırlar.