Amerika qoşunları İraq şəhərlərindən çıxır

Amerika qoşunlarının İraq şəhərlərindən çıxarılması iyunun 30-da başa çatdırılmalıdır. Ölkələr arası təhlükəsizlik müqaviləsinə görə bütün xarici qüvvələr İraqı 2012-ci ilədək tərk etməlidir.

İyunun 29-da İraq əsgərləri sonuncu amerika hərbçisinin Bağdadı tərk etməsini təntənəli şəkildə
qeyd edib.

İraqın Xarici İşlər naziri Hoşiyar Zebari İraq qüvvələrinin ölkədə təhlükəsizliyi təmin edə biləcəyinə inandığını deyib.