Qazilərin yürüşü təxirə salınıb

Qarabağ qazilərinin Prezident Aparatına iyunun 30-na planlaşdırılan yürüşü təxirə salınıb.

Nəqliyyat Nazirliyində olan qazilərə bildirilib ki, onları iyulun 1-i saat 10-da nazirin müavini qəbul edəcək.

Qazilər 28 May keçidindəki dükanlarının qaytarılmasını istəyirlər.

Ərazi Nəqliyyat Nazirliyinin balansındadır.