Missiya 1992-ci ildən Cənubi Osetiyada fəaliyyət göstərirdi. Ötən ilin avqustunda Gürcüstan və Rusiya arasında hərbi münaqişədən sonra missiyanın əməkdaşları Sxinvali və Cənubi Osetiyanın digər regionlarını tərk edib. Hərbi əməliyyatlar başa çatdıqdan sonra isə işlərini bərpa edə bilməyiblər.
Rusiya Cənubi Osetiya və Gürcüstanda təşkilatın 2 missiyasının yaradılmasında təkid edirdi.
Rəsmi Moskva Gürcüstanın hər iki separatçı regionunun müstəqilliyini tanıyıb.
Gürcü və avropalı siyasətçilər hesab edir ki, ATƏT müşahidəçilərinin Gürcüstandan getməsi dinc sakinlərin, əsasən də sərhəd bölgədə yaşayanların təhlükəsizliyinə müsbət təsir etməyəcək.