Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak etmişdir.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Məlumat verildi ki, 2008-ci ilin yanvarında başlanmış inşaat işləri bu ay başa çatdırılmışdır. Altımərtəbəli binanın sahəsi 8544 kvadratmetr, idarənin ümumi ərazisi isə 1,3 hektardır.
Ən müasir standartlara uyğun tikilmiş binanın inşaat işlərində Almaniya və Türkiyədən gətirilmiş, eləcə də yerli materiallardan istifadə olunmuşdur. Tikintidə yerli işçi qüvvəsi çalışmışdır.
Binada bütün zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz olunmuş 150 xidməti otaq, növbətçi otağı, “102” xidməti otağı, brifinq zalı, 200 nəfərlik akt zalı, yeməkxana vardır, ayrıca qaraj və digər yardımçı sahələr yaradılmışdır.
Binanın mərkəzləşdirilmiş havalandırma sistemi, transformator yarımstansiyası, avtomobil dayanacağı vardır.
Dövlətimizin başçısı birinci mərtəbədə növbətçi və “102” xidməti otaqlarına baxdı. Məlumat verildi ki, qanun pozuntuları və vətəndaşlara qarşı törədilən digər hüquqazidd əməllər barədə “102” xidmətinə daxil olan məlumatlar dərhal “on-line” rejimində yerli polis orqanlarına ötürülür. “102” xidməti otağında, eyni zamanda, “Təhlükəsiz şəhər” sisteminin məntəqəsi də fəaliyyət göstərir. “Təhlükəsiz şəhər” sistemi Prezident İlham Əliyevin 2004-cü il iyunun 30-da təsdiq etdiyi “Polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələrdən biridir. Sistem müxtəlif yerlərdə quraşdırılmış kameralar ilə paytaxtda hüquq qaydasına riayət olunmasına nəzarətin müasir informasiya-kommunikasiya texnologiyaları, o cümlədən videomüşahidə yolu ilə həyata keçirilməsini, fasiləsiz şəkildə canlı izlənilməsini, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsini təmin edir.
Birinci mərtəbənin foyesində Azərbaycanın dövlət rəmzlərini əks etdirən stendlər quraşdırılmışdır.
İkinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin, üçüncü mərtəbənin foyesində isə Prezident, Ali Baş Komandan İlham Əliyevin polis orqanlarına diqqət və qayğısını əks etdirən fotoguşələr vardır. Dəhlizlərin divarlarında qədim və müasir Bakının mənzərələrini əks etdirən fotoşəkillər asılmışdır.
Dövlətimizin başçısı binanın müasir səs avadanlığı ilə təchiz edilmiş akt zalına, xidməti otaqlarına, 100 nəfərlik yeməkxanasına da baxdı.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyələrini verdi.
AzərTAc