Türkmən tozu Bakıda!

Külək 100 milyonlarla tozu həmin səhralardan haradasa 1000-1500 metr hündürlüyə qaldırıb

«Bu, Türkmənistan səhralarından küləyin gətirdiyi tozdur».

Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov «Azadlıq» radiosunun «İşdən sonra» proqramında son günlər Bakıda müşahidə olunan tozlu-dumanlı havanın səbəbini izah edərkən belə deyib.

Ekoloq deyir ki, külək 100 milyonlarla tozu həmin səhralardan haradasa 1000-1500 metr hündürlüyə qaldırıb:

«Nəticədə bu, Xəzər dənizinin üzərindən gələrək Bakıya çatıb. Bakı əhalisinə verilən su da çirklənə bilər. Paytaxtdan bir az kənarda isə bu tozanaq torpaqların daha da şoranlaşmasına gətirib çıxaracaq».

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometeoroloji proqnozlar mərkəzinin sədri İmran Məmmədov isə deyir ki, iyulun ilk günləri gözlənilən şimal-qərb küləyi bu tozanağı paytaxtdan kənara aparacaq.

Bakı, iyunun əvvəli