Rusiya-Gürcüstan danışıqlar aparacaq

İyulun 1-də Rusiya və Gürcüstan rəsmiləri təhlükəsizlik məsələlərinə dair danışıqlar aparacaq. Cenevrədə keçiriləcək görüşdən bir gün qabaq ATƏT-in müşahidə missiyası Gürcüstanda fəaliyyətini başa vurub. Missiya-separatçı Cənubi Osetiya ərazisində ötən ilin avqust münaqişəsinə kimi fəaliyyət göstərib.

Bu arada dünəndən Gürcüstan-Abxaziya münaqişə zonasından BMT missiyasının da çıxarılması başlayıb.

Rusiya hər iki missiyanın mandatının uzadılmasına mane olmaq üçün veto hüququndan istifadə edib. Hazırda Gürcüstanda vəziyyəti ancaq Avropa Birliyinin müşahidəçiləri izləyir.

Bu arada Rusiya Gürcüstanla həmsərhəd cənub regionlarında ənənəvi geniş miqyaslı hərbi təlimlərə başlayıb. Tbilisi Rusiyanın bu addımını «təxribat» adlandırıb.