Benazir Bhuttonun qətlini BMT komissiyası araşdıracaq

Pakistanın mərhum Baş naziri Benazir Bhuttonun qətlini BMT Komissiyası araşdırmağa başlayıb.

Bu barədə BMT-nin Pakistandakı sözçüsü Hiro Ueki deyib, ancaq komissiyanın Pakistana nə zaman səfər edəcəyini dəqiq bildirməyib.

İstintaqa 6 ay ərzində Çilinin BMT-dəki səfiri Heraldo Munoz rəhbərlik edəcək.

Pakistanın sabiq baş naziri 2007-ci ildə qətlə yetirlib.

Qətlə görə taliban lideri Baitullah Mehsud günahkar bilinir.