Xorvatiyanın baş naziri İvo Sanader istefa verib

Xorvatiyanın baş naziri İvo Sanader bu gün istefa verdiyini və siyasətdən getdiyini bəyan edib.

O bunu Zaqrebdə keçirdiyi mətbuat konfransında deyib.

Sanader bu vəzifəyə 2003-cü ildə gəmişdi. Xorvatiya onun hakimiyyəti dövründə NATO-ya qəbul olunub, amma Avropa Birliyilə üzvülük danışıqları birliyə üzv olan qonşu Sloveniyayla sərhəd məsələsinə görə dalana dirənib.