Bu barədə jurnalistlərə Ukrayna prezidentinin enerji məsələləri üzrə nümayəndəsi Boqdon Sokolovski məlumat verib. Zavodun gücü illik hər il 8-10 milyon ton ola bilər. Sokolovski deyib ki, Ukraynanın coğrafi mövqeyi Avropaya yaxın olduğu üçün bu, rəsmi Bakı üçün də cəlbedici layihədir. Hələ məlum deyil ki, həmin neft emalı zavodu hansı ölkənin hesabına tikiləcək, amma Sokolovski bildirir ki, əsas olan bu deyil, əsas olan əməkdaşlıqdır:
«Bizim ARDNŞ-lə münasibətlərimiz model sayıla bilər. Hələ ki, ARDNŞ hər il 5 milyon ton neft göndərir. Ümid edirəm ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək».
Azərbaycanla Ukraynanın daha bir birgə layihəsi də var, Odessa-Brodı. Bu neft kəməri Azərbaycan neftini Rusiyadan yan keçməklə Avropaya çatdırmağı nəzərdə tutur.
Hələ ki, Odessa-Brodı kəmərindən Rusiya «revers» - əks istiqamətində istifadə edir. Sokolovski ümid edir ki, Odessa–Brodı avers - nezerde tutulan istiqamətdə işə düşəndən sonra neftayırma zavodu ideyası daha səmərəli olacaq.