İyulun 2-də Polşa prezidenti Lex Kaçinskinin Azərbaycana ikigünlük səfəri başlayır. Polşa prezidenti Dəftərxanasının naziri Mariuş Qandzlik bildirib ki, Lex Kaçinskinin iştirakı ilə Polşanın «Lotos» firması və Azərbaycan Dövlət Neft Şirkəti arasında birgə neft hasilatı və emalı ilə bağlı ilkin saziş imzalanacaq.
Mariuş Qandzlikin sözlərinə görə, Polşa, enerji müəssisələri tərəfindən atılan bu addımla özünün Cənubi Qafqaz regionundan neft təchizatını təmin edəcək.
Azərbaycan nefti Polşaya Odessa-Brodı kəməri vasitəsilə çatdırıla bilər. Bu neft kəmərinin Polşanın Plotsk şəhərinə qədər davam etdirilməsi məsələsi artıq bir neçə ildir müzakirə olunur. Son enerji sammitləri zamanı «Yeni Sarmatiya» müəssisəsi yaradılıb. Konsorsiumun işində iştirak edən xarici şirkətlər arasında Azərbaycan Dövlət Neft Şirkəti də var.
ANS-in məlumatına görə, səfər çərçivəsində Polşa və Azərbaycan prezidentləri daimi məsləhətləşmə komitəsini yaradacaqlar. Onun tərkibinə hər iki ölkənin rəsmi şəxsləri daxil olacaq. Polşa Ukrayna, Rumnıya, Litva və Türkiyə ilə belə komitələri artıq yaradıb.
Lex Kaçinski prezident İlham Əliyevlə yanaşı, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək. Polşa prezidentinə Bakı Slavyan Universitetində fəxri doktoru titulu təqdim olunacaq.