ABŞ səfiri Azərbaycanı tərk edir

Enn Dersin Bakıda vida mərasimi, 10 iyun 2009

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar iyulun 3-də Bakını tərk edir. Bu barədə «APA» səfir özü məlumat verib.

Bir müddət vətənində olacağını deyən xanım diplomat az sonra yeni təyinatını - ABŞ-ın Litvada fövqəladə və səlahiyyətli səfiri vəzifəsini yerinə yetirməyə başlayacağını bildirib.

Enn Dersi onu da əlavə edib ki, ABŞ-ın Azərbaycanda çalışacaq yeni səfirinin adını prezident Barak Obama hələ açıqlamayıb.

Enn Dersi Azərbaycanda 2006-cı ilin mayından çalışır.