Maykl Cekson arvadına heç nə verməməyi vəsiyyət edib

Maykl Ceksonun mülki ailəsinə verilir, bircə keçmiş arvadına heç verilməyəcək. Pop karalı özü bu barədə vəsiyyət edibmiş.

Ceksonun 2002-ci ilin iyununda imzaladığı vəsiyyətnaməsini araşdıran məhkəmə bildirib ki, O, qəsdən keçmiş arvadı, iki böyük ovladının anası Dobbi Rovə heç nə verməmək istəyib.

Ceksonun əmlakı 500 milyon dollar qiymətləndirilib. Amma bu məbləğin necə formalaşdığı haqqında məlumat verilmir.

Maykl Cekson ötən həftə 50 yaşında rəhmətə gedib. Bu arada onun külli miqdarda borcu olması barədə xəbərlər yayılmışdı.

Hələlik onun necə dəfn olunacağı haqqında məlumat yoxdur.