Şimali Koreya yeni raket sınaqları keçirir

Iyulun 2-də Şimali Koreya üç qısamənzilli rakeri sınaqdan keçirib. Rəsmilər bildiriblər ki, onların hərbçilərin gəmidən atdıqları iki raket 100 kilometr məsafədə hədəf üçün uçub və dənizə düşüb.

Daha sonra Müdafiə Nazirliyinin sözçüsü daha bir uzaqmənzilli raketi sınaqdan keçirdiklərini bildirib.

ABŞ ordusunun Şimal üzrə komandanı, general Viktor Renuart da bu gün bildirib ki, onlar Şimali Koreyadan gələ biləcək bütün növ uzaqmənzilli raketlərin qarşısını almağa hazırdırlar.

Son aylar bu ölkənin raket sınaqlarına görə bölgədə vəziyyət gərginləşib. Bu cür sınaqlara və nüvə imkanlarını artırmaq cəhdlərinə görə BMT Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib.