Əfqanıstanda Britaniya ordusunun yüksək rütbəli rəsmisi öldürülüb

Bir amerikalı əsgər də ölüb, digəri yaraqlılar tərəfindən əsir götürülüb.

Britaniyanın müdafiə naziri deyib ki, podpolkovnik Rupert Sornelo və bir britaniyalı əsgərin olduğu maşın Helman əyalətində yol kənarında qoyulan partlayıcının işə düşməsi nəticəsində ölüb.

Bu arada Amerika dəniz qüvvələrindən bildiriblər ki, onların da bir əsgəri ölüb və bir neçəsi yaralanıb.

İyulun 2-dən Helman əyalətində ABŞ qüvvələri talibana qarşı iri miqyaslı əməliyyatlara başlayıb.