Təhsil Nazirliyinin qarşısında aksiya keçirilib

Valideynlər Təhsil Nazirliyinin qarşısında, 22 iyun 2009

İyulun 4-də bir qrup valideyn Təhsil Nazirliyinin qarşısında aksiya keçirib. Valideynlər şikayətlənirlər ki, orta məktəblərin buraxılış imtahanlarında övladlarına ədalətsizlik olub:

- Qanun hamı üçündürsə, hamıya aid olsun. Niyə kim iki-üç «2» alırsa keçir, bir «2» alıb, 3 suala cavab verən keçmir?

- 5 düz cavabım var fizikadan, amma qiymət yazmayıblar. Bir düzü olana isə qiymət veriblər. Amma Misir Mərdanov deyir ki, 2 düz cavabı olana attestat verilməlidir. Bəs necə olub bir düzü olana attestat verilib? Biz istəyirik bu qiymətləndirilsin.

Aksiya bir qədər sonra polis tərəfindən dağıdılıb.

Bu il ümumi orta məktəb məzunlarının 1/5 –i, yəni 19 min 770 nəfər attestat ala bilməyib. Onlar ali məktəblərə qəbul imtahanlarında iştirak edə bilməyəcəklər. İyulun 5-də isə Azərbaycanın ali məktəblərinə bakalavr pilləsi üzrə ilk qəbul imtahanı keçiriləcək.