Bolqarıstanda yol qəzasında 7 Türkiyə vətəndaşı ölüb

Bolqarıstanın cənubunda yol qəzasında 7 adam ölüb.

Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatına görə Svilenqrad şəhərinin ətrafında mikroavtobus avtobuslla toqquşub.

Bu şəhər Türkiyə sərhəddinin yaxınlığında yerləşir.

Ölən və yaralananların hamısı Türkiyə vətəndaşlarıdı.

Qəzanın səbəbi araşdırılır.